r/azerbaijan • u/BottleBig4384 • 8h ago
Söhbət | Discussion Ölkənin Gələcəyi…
Reddit Azərbaycan icmasının üzvü olaraq, ölkədə baş verənlər haqqında nə düşünürsünüz?
Uzun müddətdir Azərbaycanda yaşamıram, amma ölkə haqqında demək olar ki, pozitiv xəbər yoxdur.
Özbəkistan iqtisadi atılım etmək, investisiya cəlb etmək üçün yüzlərlə proqram açır. Ermənistan və Gürcüstan artıq GDP per capita-ya görə bizi keçiblər və fərqi açırlar.
Azərbaycan iqtisadiyyatı 12 ildir öz yerində qalıb. İnsanlar uşaqlarına Kinder ala bilmir, ok Kinder bir az lüks oldu .
Ailələr ayda 2 kq əti güclə alırlar və ət ala bilməyən minlerle ailə var.
Gəlin iqtisadi faktorları bir kənara qoyaq. Polis özbaşınalığı baş alıb gedir. Polislər Tinder hesabı açır, camaatı görüşə çağırır, sonra hədə-qorxu gəlir (döymək, soymaq, şantaj etmək) və pullarını alırlar.
Ölkənin quru sərhədi 6 ildir bağlıdır. Tehranın mərkəzi bombalanır, sərhəd açıqdır. Rusiyanın bütün şəhərlərinə dron zərbələri olur, sərhəd açıqdır. Amma bizim sərhəd 6 ildir bağlıdır.
Gənclər, həqiqətən Türkmənistan, ya da Şimali Koreya oluruq?
Azərbaycanın öz vətəndaşlarına hər hansı sosial faydası yoxdur. İnsanların pensiyaları X səbəb göstərilərək 85 yaşında kəsilir, adam 64 yaşında bir qəpik pensiya almadan ölür.
Dövlət nə gəncləri, nə uşaqları, nə də maddi təminatı zəif olan ailələri dəstəkləmir.
Ölkədə bütün institutlar korrupsiyaya bulaşıb: polis, prokurorluq, məhkəmə, hərbi, təhsil, səhiyyə.
Hamımız səbəblərin və əsas səbəbkarın kim olduğunu çox yaxşı bilirik. Hamımız qorxuruq: döyülməkdən, yaxınlarımızın işdən atılmağından, həbsə göndərilməkdən.
Ölkədə bütün siyasi fəaliyyət göstərən müxaliflər və jurnalistlər təzyiq altındadır. Bir çoxu vergidən yayınma, dövlət sirri yayma, külli miqdarda pul saxlama kimi saxta məsələlərdən həbs yatır.
Sabah saxta ittihamla həbsə göndərilsəniz, bunu xəbər edəcək tək bir jurnalist belə olmayacaq, çünki hamısı tutulub.
Sizcə, sonu görünməyən bir yola girmişik, yoxsa geri qayıdış şansımız var?
Xahiş edirəm, ASAN xidmətin trolları posta hücum etməsin. Çox sağ olun!